[b]Buffon Prosineçkini siqaretlə gündəmə gətirdi[/b]
12.05.2017 - 11:30
[b]Buffon Prosineçkini siqaretlə gündəmə gətirdi[/b]

İtaliya yığmasının və “Yuventus”un qapıçısı Canluici Buffon meydandan kənardakı davranışı ilə gündəmə gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı qolkiper siqaret çəkərkən yaxalanıb.

 

Onun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Monako” ilə cavab matçından (2:1) sonra siqaret çəkməsi paparatsilərin diqqətindən yayınmayıb.

 

Buffonun bu hərəkəti Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkini də gündəmə gətirib. Avropa mətbuatı italiyalı qapıçının oyunun yorğunluğunu məhz Prosineçki kimi çıxartdığını yazıb. Onlar 48 yaşlı çalışdırıcının futbolçu vaxtı səsləndirdiyi “Düşünmürəm ki, siqaret və viskini atsam, dünyanın ən yaxşı komandalarından biri olacağıq” fikrini xatırladıblar.  

 

Prosineçki “Portsmut” klubunda çıxış etdiyi vaxt ingilis jurnalist onun matçın fasiləsində də siqaret çəkdiyini, bunu tualetdən çıxan tüstü ilə anladığını yazmışdı. Millimizin baş məşqçisi isə belə bir vərdişinin olduğunu heç vaxt inkar etməyib.

 

Qeyd edək ki, analoji hal dünya futbolunda bir neçə dəfə yaşanıb. Buffondan öncə Radja Nainqqolan və Mario Balotelli kimi tanınmış oyunçular da siqaret çəkməsi ilə gündəmə gəlib.