[b]Bülənt Korkmaz yenidən Bakıda[/b]
17.11.2016 - 15:02
[b]Bülənt Korkmaz yenidən Bakıda[/b]

Türkiyə futbolunun əfsanələrindən olan Bülənt Korkmaz yenidən Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, bunu sabiq müdafiəçinin özü açıqlayıb.

 

Sosial şəbəkədə paytaxtımızdan şəkil paylaşan Korkmaz Azərbaycana münasibətini yazısı ilə nümayiş etdirib: “Qardaş ölkə Azərbaycan”.

 

“Qalatasaray” və Türkiyə millisindəki futbolçu karyerasının ardından uğursuz məşqçi fəaliyyəti ilə tanınan Korkmaz 2009/10 mövsümünün gedişində “Bakı”nı çalışdırıb. Həmin vaxtdan ölkəmizdə əlaqələri möhkəmlənən çalışdırıcının şəxsi işləri üçün gəldiyi ehtimal edilir.

 

Qeyd edək ki, Korkmazın son iş yeri bu il ayrıldığı “Mersin İdman Yurdu” olub.