[b]Bundesliqada gedənlər və qalanlar bəlli oldu - YEKUN[/b]
14.05.2016 - 20:12
[b]Bundesliqada gedənlər və qalanlar bəlli oldu - YEKUN[/b]

Almaniya Bundesliqasında 2015/16 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın yekun turunun bütün matçları eyni vaxtda başlayıb.

 

Son həftədə Avroliqaya vəsiqə verən yerlərlə yanaşı, Bundesliqada qalacaq komandaların kimliyinə də aydınlıq gəlib.

 

"Verder" son turda "Ayntraxt"a qalib gələrək, elitadakı yerini qoruyub saxlayıb. Frankfurtlular isə növbəti mövsümdə də yüksək liqada çıxış etmək üçün, pley-off oyununda 2-ci Bundesliqanın üçüncüsünü məğlub etməli olacaq.

 

Son turda "Volsfburq"a uduzan (1:3) "Ştutqart" isə “Hannover”dən sonra növbəti mövsümdə 2-ci Bundesliqada çıxış edəcəyi dəqiqləşmiş ikinci komanda olub.

 

Növbəti mövsümdə "Bavariya", "Borussiya" (Dortmund) və "Bayer" Çempionlar Liqasının qrup mərhələsində, Mönhenqladbax "Borussiya"sı isə təsnifat mərhələsində çıxış edəcək.

 

Avropa Liqasında isə Bundesliqanı "Şalke", "Maynts" və "Herta" təmsil edəcək.

 

İlk iki klub yarışa qrup mərhələsindən, "Herta" isə təsnifat mərhələsindən qoşulacaq.

 

Almaniya Bundesliqası

XXXIV tur

 

14 may

“Bayer” – “İnqolştadt” - 3:2

Qollar: Aranquis, 31. Kampl, 37. Kisslinq, 61 - Leki, 16. Hartmann, 69.

 

“Bavariya” – “Hannover” - 3:1

Qollar: Levandovski, 21. Qetse, 28; 54 - Sobyek, 66.

 

“Borussiya” D – “Köln” - 2:2

Qollar: Kastro, 11. Roys, 75 - Modeste, 27. Jojiç, 43.

 

“Auqsburq” – “Hamburq” - 1:3

Qollar: Finnboqason, 11 - Qreqoriç, 36; 75. Müller, 62. 

 

“Hoffenhaym” – “Şalke” - 1:4

Qollar: Uz, 41 - Huntelaar, 7. Çupo-Motinq, 15. Sane, 55. Şar, 89-a/q.

 

“Maynts” – “Herta” - 0:0

 

“Darmştadt” – “Borussiya” M - 0:2

Qollar: Hazard, 31, Han, 62.

 

“Volfsburq” – “Ştutqart” - 3:1

Qollar: Arnold, 11. Şürrle, 29; 92 - Didavi, 78.

 

“Verder” – “Ayntraxt” - 1:0

Qol: Ciloboji, 88

 

Bundesliqa, yekun cədvəli

 

1.

Bavariya

34

28

4

2

80:17

88

2.

Borussiya D

34

24

6

4

82:34

78

3.

Bayer

34

18

6

10

56:40

60

4.

Borussiya M

34

17

4

13

67:50

55

5.

Şalke

34

15

7

12

51:49

52

6.

Maynts

34

14

8

12

46:42

50

7.

Herta

34

14

8

12

42:42

50

8.

Volfsburq

34

12

9

13

47:49

45

9.

Köln

34

10

13

11

38:42

43

10.

Hamburq

34

11

8

15

40:46

41

11.

İnqolşdatd

34

10

10

14

33:42

40

12.

Auqsburq

34

9

11

14

42:52

38

13.

Verder

34

10

8

16

50:65

38

14.

Darmştadt

34

9

11

14

38:53

38

15.

Hoffenhaym

34

9

10

15

39:54

37

16.

Ayntraxt

34

9

9

16

34:52

36

17.

Ştuttqart

34

9

6

19

50:75

33

18.

Hannover

34

7

4

23

31:62

25

0