Türkiyə yığmasının və Çinin “Beyjinq” klubunun futbolçusu Burak Yılmazın həyat yoldaşı İstəm Yılmaz onunla boşanmaq niyyətindədi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 31 yaşlı hücumçunun xanımı artıq bununla bağlı məhkəməyə müraciət edib.
Buna səbəb kimi Burakın 4 aylıq hamilə olan həyat yoldaşını döyməsi göstərilir. İstəm Yılmazın tələbi ilə məhkəmə məşhur futbolçunun evindən uzaqlaşdırılmasına qərar verib. Həmçinin, xanımı Burakdan 10 milyon lirə təzminat tələb edib.
Bu, cütlüyün başına gələn ilk hadisə deyil. Belə ki, tərəflər nişanlı olanda da ayrılsalar da, 5 il sonra barışmışdılar.
Qeyd edək ki, 2 il öncə ailə həyatı quran cütlüyün Nazlı adlı qızı var.