[b]Bütün Avropa yolçuları bəlli oldu[/b]
29.04.2017 - 19:30
[b]Bütün Avropa yolçuları bəlli oldu[/b]

Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların tam siyahısı dəqiqləşib. Apasort.az saytının məlumatına görə, qitəmiqyaslı turnirlərə sonuncu vəsiqəni “Zirə” qazanıb.

 

Paytaxt təmsilçisi buna Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda nail olub. Səfərdə AZAL-ı 3:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri çempionatı 4-cü pillədə başa vurub və UEFA Avropa Liqasında oynamaq hüququ qazanıb.

 

Qəsəbə təmsilçisi bu yarışa vəsiqəni öncədən təmin edən “Qəbələ” və “İnter”lə birlikdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

 

Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan “Qarabağ” isə Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Təmsilçimiz yarışa II təsnifat mərhələsindən qoşulacaq.