[b]Çempionlar Liqası tarixində ilk[/b]
23.11.2016 - 00:41
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Borussiya” – “Legiya” matçı turnirin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, hazırda davam edən görüşün ilk hissəsində düz 7 qol vurulub.
Belə ki, meydan sahibləri fasiləyə 5:2 hesabı ilə öndə yollanıblar. Bu isə ÇL-nin tarixində ilk belə haldı. Daha əvvəl heç bir oyununun ilk hissəsində 7 qol vurulmamışdı.
Qeyd edək ki, ilk hissədə “Borussiya”nın heyətində Kaqava (2), Nuri Şahin, Dembele və Roys fərqlənib. “Legiya”da isə Priyoviç dublla yadda qalıb.
0
0