[b]Çempionlar Liqasında 1/8 final mərhələsinin təqvimi açıqlandı[/b]
14.12.2015 - 16:30
[b]Çempionlar Liqasında 1/8 final mərhələsinin təqvimi açıqlandı[/b]

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələnin ilk oyunları 16, 17, 23 və 24 fevral, cavab görüşləri isə 8, 9, 15 və 16 mart tarixlərində baş tutacaq.

 

Belə ki, PSJ və “Çelsi”, həmçinin “Benfika” və “Zenit” arasında ilk oyunlar fevralın 16-da, cavab görüşləri isə martın 9-da keçiriləcək.

 

Fevralın 17-də baş tutacaq “Roma” – “Real” və “Volfsburq” – “Gent” matçlarının ikinci seriyası martın 8-də reallaşacaq.

 

“Arsenal” və “Barselona”, eləcə də “Yuventus” və “Bavariya” arasında ilk oyunlar fevralın 23-də, cavab görüşləri isə martın 16-da keçiriləcək.

 

PSV və “Atletiko”, həmçinin “Dinamo” (Kiyev) və “Mançester Siti” arasında isə ilk görüşlər fevralın 24-də, cavab matçları isə martın 15-də baş tutacaq.