“Yuventus”la “Real” arasındakı Çempionlar Liqasının final matçı bir yeniliklə yadda qalacaq. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turniri ilk dəfə üstüqapalı stadionda keçiriləcək.
Bu barədə Uels Futbol Federasiyası qərar verib. Səbəb isə bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsidir. Yerli meriya mümkün təhlükələrdən sığortalanmaq üçün Kardiffdəki “Millenium” stadionunu üstünü qapatmağı uyğun sayıb.
Bu səbəbdən final oyunu ilə bərabər bir gün əvvəl baş tutacaq hər iki komandanın məşqi də qapalı vəziyyətdə keçiriləcək.
Qeyd edək ki, “Yuventus” – “Real” oyunu iyunun 3-də baş tutacaq.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA