[b]ÇL: Yarımfinal mərhələsinin püşkü atıldı[/b]
13.04.2018 - 15:17
[b]ÇL: Yarımfinal mərhələsinin püşkü atıldı[/b]

Bu gün Çempionlar Liqasının yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirinin 4 iştirakçısı 2 cütlük təşkil edib.

 

Püşk “Bavariya” (Almaniya) və “Real”ı (İspaniya) yarımfinalda üz-üzə qoyub. Digər matçda isə “Liverpul”la (İngiltərə) “Roma” (İtaliya) görüşəcək.

 

Bu mərhələnin ilk oyunları aprelin 24-25-də keçiriləcək. Cavab görüşləri mayın 1-2-də baş tutacaq.

 

Püşk final matçının nominal meydan sahibini də müəyyənləşdirib. Bu qarşılaşmada meydan sahibi “Bavariya” – “Real” cütünün qalibi olacaq.

 

Çempionlar Liqası

Yarımfinal

“Bavariya” (Almaniya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Roma” (İtaliya)

 

Final

“Bavariya” (Almaniya) - “Real” (İspaniya) cütünün qalibi - “Liverpul” (İngiltərə) - “Roma” (İtaliya) cütünün qalibi

 

0