[b]Çingiz Hüseynzadə yenidən prezident seçildi[/b]
01.05.2017 - 18:05
[b]Çingiz Hüseynzadə yenidən prezident seçildi[/b]

Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda qurum yeni rəhbərliyi seçilib.

 

Belə ki, növbəti 4 ildə də federasiyaya prezidentliyi Çingiz Hüseynzadə edəcək. Firat Hüseynov vitse-prezident, Məhərrəm Sultanzadə baş katib seçilib.

 

Qurumun İcraiyyə Komitəsinin üzvləri də müəyyənləşib. 19 nəfərlik siyahıda Sadıq Sadıqov, Fərid Mansurov kimi simalar da yer alıb. Həmçinin federasiyanın Təftiş Komissiyası da formalaşdırılıb.

 

AAF prezidenti, eyni zamanda Milli Olimpiya Komitəsinin vitse-prezidenti bildirib ki, yığmamız İslam Həmrəyliyi Oyunlarına 30 idmançı ilə qatılacaq.