[b]ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı[/b]
05.05.2017 - 16:40
[b]ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı[/b]

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu mükafata “Real”ın lideri Kriştianu Ronaldo və “Yuventus”un hücumçusu Qonzalo İquain namizəd idi.

 

Respondentlərin 82% səsini toplayan Ronaldo sabiq komanda yoldaşını böyük fərqlə üstələyib və ÇL-də həftənin oyunçusu seçilib. İquain isə yalnız 18% səs yığa bilib.

 

Qeyd edək ki, Ronaldo “Atletiko” ilə qarşılaşmada (3:0) het-trikə imza atmışdısa, İquain “Monako” ilə görüşdə (2:0) dubl etmişdi.