[b]ÇL-in ən yaxşı futbolçusunun adı bəlli oldu[/b]
16.09.2016 - 17:16
[b]ÇL-in ən yaxşı futbolçusunun adı bəlli oldu[/b]

UEFA Çempionlar Liqasında (ÇL) bu həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb. Apasport.az qurum rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Barselona”nın argentinalı hücumçusu Lionel Messi layiq görülüb.

 

UEFA-nın keçirdiyi sorğuda 29 yaşlı futbolçu bütün rəqiblərini qabaqlayıb. Messi azarkeşlərin 38 faiz səsini toplayıb. Nəticədə o, ən yaxın izləyiciləri “Bavariya”lı Coşua Kimmix (27 faiz) və “Lester”li Riyad Mahrezdən (15 faiz) üstün olub.
 

İlk “beşlik”də Arkadiuş Milik (“Napoli”, 9 faiz) və Serxio Aquero (“Mançester Siti”, 6 faiz) da yer alıb. 

 

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin ilk turu çərçivəsində “Seltik”lə qarşılaşmada Messi aktivinə 3 qol və 1 assist yazdıraraq, komandasının 7:0 hesablı qələbəsində mühüm rol oynayıb.