[b]ÇL finalının 2-ci “qoca”sı[/b]
03.06.2017 - 22:58
[b]ÇL finalının 2-ci “qoca”sı[/b]

UEFA Çempionlar Liqasında 2016/17 mövsümünün final matçında heyətlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin meydana çıxardığı oyunçular diqqət çəkib.

 

Belə ki, Canluici Buffon, Andrea Barzali, Corco Kyellini, Leonardo Bonuççi, Aleks Sandro, Miralem Pyanic, Sami Xedira, Dani Alves, Paulo Dibala, Mario Mancukiç, Qonzalo İquayndan ibarət komandanın orta yaş həddi 30 yaş 336 gündür.

 

Bu isə ÇL finalları tarixində ən yaşlı ikinci heyət deməkdir.

 

Ən “qoca 11”lik isə “Milan”a məxsus olub. “Rassionerilər”in 2006/07 mövsümünün finalında meydana buraxdığı və “Liverpul”a 2:1 hesabı ilə qalib gələrək çempion olduğu Dida, Oddo, Maldini, Nesta, Yankulovski, Qattuzo, Pirlo, Ambrozini, Zedorf, Kaka və Filipo İnzagidən ibarət komandası 31 yaş 35 günlük idi.