[b]Co Hartın yeni komandası bilindi[/b]
18.07.2017 - 15:54
“Mançester Siti”nin qapıçısı Co Hart karyerasını yenidən İngiltərədə davam etdirəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçu müqavilə ilə məxsus olduğu klubda deyil, “Vest Hem”də çıxış edəcək.
Çünki London təmsilçisi onu 1 illik icarəyə götürüb. Anlaşmaya görə, Hartın həftəlik məvacibi 175 min funt-sterlinq olacaq. Maraqlıdı ki, bu məbləğin 55 min funt-sterlinqini “Mançester Siti” ödəyəcək.
Qeyd edək ki, Co Hart ötən mövsümü icarə əsasında “Torino”da keçirib.
- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
0
0