[b]Daha bir futbolçu “Mançester Yunayted”dən gedir[/b]
08.02.2017 - 13:19
[b]Daha bir futbolçu “Mançester Yunayted”dən gedir[/b]

“Mançester Yunayted”in daha bir futbolçusu komandadan ayrılmaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət hücumçu Antoni Marsyaldan gedir.

 

Qış fasiləsində yarımmüdafiəçi Morqan Şneyderlin və hücumçu Memfis Depayla vidalaşan “qırmızı şeytanlar” mövsümün sonunda Marsyalı satmaq məcburiyyətində qala bilər. Çünki Fransa millisinin üzvü müntəzəm oynamadığı üçün yayda klubunu dəyişmək fikrindədi. Onun karyerasını ölkəsində davam etdirmək şansı böyükdü. Çünki PSJ 22 yaşlı forvardın xidmətində maraqlıdı. Üstəlik, parislilər ona əsas heyətdə oynayacağına dair zəmanət verməyə də hazırdılar.

 

Qeyd edək ki, Antoni Marsyal “Mançester Yunayted”ə 2015-ci ildə “Monako”dan keçib.