[b]Daha bir futbolçu Milandan Turinə köçdü[/b]
01.09.2017 - 19:45
[b]Daha bir futbolçu Milandan Turinə köçdü[/b]

İtaliya A seriyası təmsilçisi “Torino” heyətini yeni futbolçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi “İnter”in müdafiəçisi Kristian Ansaldini heyətinə cəlb edib.

 

Bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Əldə olunmuş anlaşmaya görə, argentinalı futbolçu “Torino”da iki il icarə əsasında çıxış edəcək. “Öküzlər” bu müddətin sonunda 30 yaşlı futbolçunu transfer etmə hüququna sahib olacaq.

 

Qeyd edək ki, Ansaldi “İnter”ə ötən yay “Cenoa”dan transfer edilib. O, A seriyasının ötən mövsümündə 21 oyunda şans qazanıb.