“Qarabağ” və “İnter”in ardınca daha bir klubun yay hazırlıq planı bəlli olub. Apasport.az saytının məlumatına görə, “Zirə”nin də təlim-məşq toplanışını harda keçəcəyi müəyyənləşib.
Ötən il Premyer Liqada debüt edən paytaxt təmsilçisi ölkə xaricinə çıxacaq. Belə ki, iyunun sonlarında toplaşacaq kollektiv əvvəlcə Bakıda hazırlıq keçəcək. Təxminən 10 günlük məşqlərdən sonra isə “Zirə” Türkiyəyə yollanacaq.
Gümüş mükafatçının qardaş ölkənin hansı bölgəsində hazırlıq keçəcəyinə və toplanış çərçivəsində kimlərlə qarşılaşacağına isə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının başa çatan mövsümündə 62 xalla ikinci olan “Zirə” çempion “Qarabağ”dan 22 xal geri qalıb.