FİFA qeyri-qanuni transferlərə əl atan klublarla bağlı araşdırmalarını davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, daha bir keçiddə qanunsuzluğa yol verildiyi aşkarlanıb.
Belə ki, Roberto Firminonun 2015-ci ildə “Hoffenhaym”dan “Liverpul”a transferi zamanı İngiltərə klubu 40 milyon avro xərc çəkib. Halbuki Bundesliqa təmsilçisi bu keçidə görə, cəmi 11 milyon gəlir əldə edib. Məlumatda bildirilir ki, qalan 29 milyon avro qanunsuz yolla almaniyalı milyarder Ditmar Hoppa məxsus transfer şirkətinə köçürülüb. Bu, təsdiqini taparsa, FİFA “Liverpul” klubunu cəzalandıracaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Pol Poqbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçidi zamanı futbolçunun meneceri Mina Rayolanın hər üç tərəfdən ümumilikdə 40 milyon funt-sterlinqdən çox pul qazandığı üzə çıxıb və FİFA bununla bağlı araşdırmaya başlayıb.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”