[b]Daha bir türkiyəli futbolçu “Borussiya”da[/b]
23.12.2016 - 11:49
Dortmund “Borussiya”sı daha bir türkiyəli futbolçunu transfer etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, dortmundlular “Bayer”in müdafiəçisi Ömər Toprakla anlaşıblar.
Klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədi. Belə ki, “Borussiya”nın 12 milyon avroluq təklifini Bundesliqanın digər təmsilçisi qəbul edib. Razılığa əsasən, Ömər mövsüm bitdikdən sonra “Borussiya”nın formasını geyinəcək.
Qeyd edək ki, Türkiyə millisinin digər üzvləri Nuri Şahin və Əmrə Mor da hazırda “Borussiya”da çıxış edir.
0
0