[b]Daha bir ulduz futbolçu ABŞ klubunu tərk edir[/b]
18.11.2016 - 09:38
[b]Daha bir ulduz futbolçu ABŞ klubunu tərk edir[/b]

Stiven Cerrard və Frenk Lemparddan sonra daha bir ulduz futbolçu ABŞ klubunu tərk etmək qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət “Los-Anceles Qalaksi”nin hücumçusu Robbi Kindən gedir.

 

İrlandiyalı forvard gələn ay başa çatacaq mövsümün sonunda klubundan ayrılmağı qərara alıb. Lakin 36 yaşlı oyunçu karyerasını bitirmək fikrində deyil. Ancaq hələlik yeni komandasının adını açıqlamayıb.

 

Qeyd edək ki, Robbi Kin son 6 mövsümü keçirdiyi “Los-Anceles Qalaksi” ilə 3 dəfə MLS liqasının qalibi olub.