[b]Darmadağın gördü, ən yaxşı seçildi[/b]
25.11.2016 - 09:19
[b]Darmadağın gördü, ən yaxşı seçildi[/b]

Avropa Liqasının V turunun oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ”ın keçirdiyi matçların da qəhrəmanları bəlli olub.

 

UEFA-nın rəsmi saytında keçirdiyi səsvermə “Slovan” – “Qarabağ” matçında maraqlı nəticə ilə yekunlaşıb. Çexiyalılar 3:0 hesablı qələbəyə sevinsə də, oyunun ən yaxşısı darmadağına üzülən Muarem Muarem seçilib.

 

Bakıda “Qəbələ”ni məğlub edən “Anderlext”in 3:1 hesablı qələbəsində vurduğu qolla pay sahibi olan Yuri Tilemans matçın ən yaxşısı olub.