[b]David Lafata Azərbaycana gəlməyəcək[/b]
22.06.2016 - 16:31
[b]David Lafata Azərbaycana gəlməyəcək[/b]

AÇ-2016-da Türkiyəyə uduzduqdan sonra mübarizəni dayandıran Çexiya yığması bir futbolçu ilə vidalaşıb. Apasport.az saytı xəbər verir ki, təcrübəli hücumçu David Lafata milli karyerasını bitirib.

 

O, yığmadan getməyi düşünən Tomaş Rositski və Petr Çexi qabaqlayaraq, qəti qərarını açıqlayıb. 35 yaşlı forvard DÇ-2018-in təsnifat mərhələsində Çexiya yığmasına kömək etməyəcək. Bu isə o deməkdi ki, “Sparta”nın futbolçusu mundialın seçmə mərhələsində Azərbaycanla baş tutacaq oyunlarda da meydana çıxmayacaq.

 

2006-2016-cı illərdə yığmanın formasını geyinən Lafata bu müddətdə 41 oyunda iştirak edib və 9 qola imza atıb.

 

Qeyd edək ki, millimizin Çexiya ilə ilk oyunu oktyabrın 11-də səfərdə keçiriləcək. Bakıdakı qarşılaşma isə 2017-ci il, oktyabrın 5-də baş tutacaq.