“Roma”nın yarımmüdafiəçisi Daniele de Rossi komandasını dəyişmək fikrində deyil. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı xavbek bu səbəbdən ABŞ və Çindən aldığı təklifləri qəbul etməyib.
MLS təmsilçilərindən “Nyu-York Siti” de Rossinin xidmətində maraqlı olsa da, təcrübəli futbolçu okeanın o tayına köçməyə razılıq verməyib. Çindən aldığı təklifə də “yox” deyən yarımmüdafiəçi “canavarlar”la sözləşməsinin müddətini 2 il müddətinə uzatmağa qərar verib.
De Rossi hazırda “Roma”da ilə 6 milyon avro məvacib alır. “Roma” rəhbərliyi isə futbolçunun maaşını azaldaraq, onunla yeni sözləşmə imzalamağı planlaşdırır.