“Roma”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Françesko Totti ilə vidalaşan “canavarlar” digər yarımmüdafiəçi Daniele De Rossi ilə bağlı fərqli qərar verib.
Belə ki, 34 yaşlı orta sahə oyunçusunun başa çatan müqavilə müddəti uzadılıb. Anlaşmaya görə, De Rossi 2019-cu ilin yayına qədər paytaxt təmsilçisinin formasını geyinəcək. Bununla De Rossinin də Totti kimi, karyerasını yalnız bu kluba həsr etmək şansı davam edib.
Qeyd edək ki, Totti 25 il (1992-2017) “Roma”nın şərəfini qoruyubsa, De Rossi 2001-ci ildən bəri “canavarlar”ın formasını geyinir.