[b]Debüt etmədən cəzalandı[/b]
07.08.2016 - 21:02
Topaz Premyer Liqasının 2016/17 mövsümünün ilk turu çəçivəsində baş tutan “İnter” – “Qarabağ” matçında maraqlı hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin ehtiyat qapıçısı Orxan Sadıqlı ilk hissə tamam olan kimi cəzalandırılıb.
Belə ki, “bankirlər”ə bu mövsümdən qoşulmuş qapıçı qarşılaşmanın baş hakimi ilə dialoqa girib və Əliyar Ağayev də onu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, görüşün ilk hissəsi ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
0
0