[b]Dəniz Yılmaz məşqdə zədələndi[/b]
07.04.2017 - 12:15
[b]Dəniz Yılmaz məşqdə zədələndi[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz zədələnib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Bursaspor”un forvardı klubun məşqində xəsarət alıb.

 

Trenajor zalında baş tutan məşq zamanı çiynindən zədələnən Dəniz Superliqa çərçivəsində “Karabükspor”la keçiriləcək qarşılaşma öncəsi son məşqə qatılmayıb. Digər zədəlilər Boqdan Stanku və Əmrə Taşdəmir isə fərdi çalışma ilə kifayətlənib. Bu isə o deməkdi ki, baş məşqçi Mutlu Topçu bu gün həm Dəniz, həm də adları çəkilən digər iki futbolçunun xidmətindən məhrum olacaq.

 

Qeyd edək ki, XXVII tur çərçivəsində keçiriləcək “Bursaspor” – “Karabükspor” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.