[b]Dəniz Yılmaz qol vursa da...[/b]
17.01.2017 - 20:44
Türkiyə kubokunda qrup mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” da növbəti matçına çıxıb.
“Yaşıl timsahlar” doğma meydanda “Akhisar”la üz-üzə gəliblər.
Matça start heyətində başlayan milli üzvü görüşü əvəzolunmadan keçirib.
O, 21-ci dəqiqədə komandasının bərabərlik qolunu vursa da, bu, darmadağının qarşısını almaq üçün yetərli olmayıb. Qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, 5 oyundan sonra hesabında 5 xal olan “Bursaspor” 3-cü pillədə qərarlaşıb.
0
0