[b]Dəniz Yılmaz Superliqada 2-ci oldu[/b]
14.06.2017 - 10:25
[b]Dəniz Yılmaz Superliqada 2-ci oldu[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz Türkiyə Superliqasının 2016-17 mövsümündə fərqlənən oyunçular arasında yer alıb. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, forvard qol vurmaq yox, müdafiə olunmaq bacarığına görə, öncüllərdən olub.

 

Belə ki, türkiyəli həmkarlarımız Superliqada geridə qalan mövsümdə rəqibdən ən çox top “oğurlayan” oyunçuların siyahısını müəyyənləşdirib. Bu baxımdan “Gənclərbirliyi”nin müdafiəçisi Ahmet Oğuz əlçatmaz olub. Cinah oyunçusu 100 dəfə rəqibin hücumunun qarşısını kəsməyi bacarıb.

 

İnsayd mövqeyində çıxış edənlər arasında ən çox top “oğurlayan”ların siyahısında isə Dəniz 2-ci pillədə qərarlaşıb. Yığmamızın üzvü çempionatda cəmi 19 matçda (1584 dəqiqə) iştirak etməsinə baxmayaraq, 32 dəfə top rəqibdə olarkən düzgün müdaxilə ilə onu ələ keçirə bilib. Bu mövqedə ilk sırada isə 37 “oğurluq”la “Kasımpaşa”lı Adəm Büyük qərarlaşıb. Yılmaz ümumilikdə isə 29-cu yeri tutub.

 

Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsüm 19 matçda 4 qola imza atıb.