[b]Di Mariya da Çin yolunda[/b]
26.12.2016 - 13:10
[b]Di Mariya da Çin yolunda[/b]

Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət PSJ-nin yarımmüdafiəçisi Anxel di Mariyadan gedir.

 

Argentinalı oyunçu artıq qış fasiləsində Çinə köçə bilər. Çünki Çinin bir klubu onun xidmətində maraqlıdı. 28 yaşlı futbolçunun meneceri həmin komanda ilə danışıqlara başlayıb. Razılıq əldə olunarsa, PSJ-nin bu transferdən 60 milyon avro qazanması gözlənilir.

 

Qeyd edək ki, Anxel di Mariya bu mövsüm Fransa çempionatında 15 oyun keçirib, 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.