[b]Didye Droqba karyerasını bitirmir[/b]
11.11.2016 - 18:56
[b]Didye Droqba karyerasını bitirmir[/b]

ABŞ-ın “Montreal İmpakt” klubunun formasını geyinən Didye Droqba gələcək taleyinə aydınlıq gətirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, veteran hücumçu hələ də futboldan getmək barədə düşünmür.

 

MLS liqasında çıxış edən 38 yaşlı forvardın “Montreal İmpakt”la müqavilə müddəti gələn ayın sonuna qədərdi. Hazırkı komandası ilə çempion olmaq istədiyini bildirən Droqba dekabrın sonunda başa çatacaq mövsümün ardından butslarını mıxdan asmayacaq. Droqba hələ də yaşıl meydanlarda özünü uşaq kimi hiss etdiyini söyləyib.

 

Qeyd edək ki, Fil Dişi Sahili millisinin sabiq futbolçusu bu mövsüm “Montreal İmpakt”ın heyətində keçirdiyi 25 oyunda 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.