Yeni mövsüm hazırlıqlarını Bakıda davam etdirən “Qarabağ” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, ağdamlılar həvəskarlar liqasında mübarizə aparan “Bakı” ilə üz-üzə gəlib.
Qurban Qurbanov milli komandalardan dönən oyunçulara şans verməyib.
Digər futbolçuların meydanda olduğu görüş çempionun 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dino Ndlovunun 5 qol vuraraq “penta-trik” etdiyi matçda Mahir Mədətov dubl edib. İbrahim Aslanlı və Nicat Süleymanov isə hərəyə bir dəfə fərqləniblər.
Yoxlama oyunu
“Qarabağ” – “Bakı” – 9:0
Qollar: Dino Ndlovu (5), Mahir Mədətov (2), Nicat Süleymanov, İbrahim Aslanlı