[b]Dino Ndlovunun komandasının təxirə salınmış oyununun vaxtı bəlli oldu[/b]
05.10.2017 - 01:23
[b]Dino Ndlovunun komandasının təxirə salınmış oyununun vaxtı bəlli oldu[/b]

DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilmiş CAR – Seneqal oyunu yenidən baş tutacaq. Apasport.az saytının məlumatına görə, bu barədə daha əvvəl UEFA qərar qəbul vermiş və CAR futbol federasiyası da bunu qəbul etmişdi.

 

Artıq oyunun tarixi də bəllidir. Matç noyabrın 10-da baş tutacaq.

 

Qeyd edək ki, 12 noyabr 2016-cı ildə Polkovanedə keçirilən matç CAR millisinin 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı. Lakin görüşün qanalı baş hakimi Jojef Lamptinin danışılmış oyunlarda iştirakı təsdiqləndiyi üçün həmin qarşılaşmanın nəticəsi də ləğv edilmişdi.

 

Əlavə olaraq bildirək ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovu hazırda CAR yığmasının düşərgəsindədir. O, sözügedən təxirə salınmış oyunun iştirakçısı olmayıb.