Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun klub karyerası qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, Almaniya mətbuatı 2-ci Bundesliqada çıxış edən “Aue”nin uğursuz çıxışını dəyərləndirərək, ayrı-ayrı futbolçuların oyununa qiymət verib.
Yığmamızın milliləşən futbolçusu də diqqətdən kənar qalmayıb. Həmkarlarımız Nazarovu “Aue”yə fayda verməməsini önə çəkib:
“O, sanki daha çox öz milli komandasında - Azərbaycan oynamağa köklənib. Onun “Aue”də də yaxşı oynadığını söyləmək yersiz olardı. Dmitri hələlik tam xəyal qırıqlığıdı”.
Qeyd edək ki, Nazarov cari mövsümdə 2-ci Bundesliqada 6 oyunda 225 dəqiqə meydanda olub.