[b]Dmitri Nazarov komandasına kömək edə bilmədi[/b]
27.02.2016 - 01:20
Almaniya 2-ci Bundesliqasında 23-cü tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə "Union Berlin"lə qarşılaşıb.
Oyun "Union Berlin"in 2:1 hesablı qələbəsiylə nəticələnib.
Nazarov oyunun 46-cı dəqiqəsində meydana çıxıb və 79-cu dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, hazırda hesabında 30 xal olan "Karlsrue" 10-cu pillədə qərarlaşıb.
Almaniya 2-ci Bundesliqası
23-cü tur
26 fevral
“Union Berlin” – “Karlsrue” - 2:1
Qollar: Kroos, 45. Traut, 60-avtoqol - Yamada, 31
0
0