[b]Dmitri Nazarovdan yeni müqavilə[/b]
14.07.2017 - 15:39
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Aue” ilə müqaviləsini yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə Almaniya KİV-i yazıb.
Bildirilir ki, 27 yaşlı futbolçu II Bundesliqa təmsilçisi ilə 2018-ci ilə qədər olan müqavilə müddətini 2021-ci ilin yayına qədər uzadıb.
Qeyd edək ki, “Aue”yə ötən il “Karlsrue”dən keçən Dmitri Nazarov geridə qalan mövsümdə 9 qola imza atıb.
0
0