“Qarabağ” çempionluq uğrunda mübarizədə yaxşı üstünlük əldə edib. Ancaq çempionat hələ bitməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Luis Hilario Dodo deyib.
Zədəsini sağaldaraq, sıraya dönən braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.
Topaz Premyer Liqasında çempionluq şanslarını dəyərləndirən Dodo mübarizəni sona qədər davam etdirəcəklərini bildirib: “Qarşıda bir neçə tur var. Odu ki, turnir cədvəlinin ilk pilləsini ələ keçirə bilərik. Hər şey özümüzdən asılıdı. Məşqlərdə əzmlə çalışmaq lazımdı. Bu, mövsümün sonuna qədər çempionluq mübarizəsini davam etdirmək mənasında, çox vacibdi. Qısası, hər şey mümkündü. Öz üzərimizdə işləməyə davam edəcəyik”.
29 yaşlı futbolçu “Qəbələ”də yaxşı kollektivin olduğunu bildirib. O əlavə edib ki, hazırkı heyətlə Azərbaycan çempionu olmaq mümkündü: “Kollektivdən razıyam, hazırda pis təsir bağışlamırıq. Ancaq mövsümü qızıl medalla başa vurmaq istərdik. Hamı buna köklənib. Azərbaycan çempionatının qalibi olaraq, mövsümü major notlarla bitirmək arzusundayıq”.
Qeyd edək ki, Topaz Premyer Liqasında 23 turdan sonra 38 xal toplayan “Qəbələ” hazırda 3-cü pillədədi. “Qırmızı-qaralar” lider “Qarabağ”dan 10 xal geri qalırlar.