[b]Dopinq-testlərə 2 milyon funt-sterlinq xərclənəcək[/b]
11.02.2017 - 12:53
[b]Dopinq-testlərə 2 milyon funt-sterlinq xərclənəcək[/b]

İngiltərə Futbol Assosiasiyası dopinqlə ciddi şəkildə mübarizəyə başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, son vaxtlar futbolçularda tez-tez dopinq tapılması yerli assosiasiyanı ciddi tədbirlər görməyə vadar edib.

 

Belə ki, ingilislər 2017/18 mövsümündən dopinq-testlərin sayını artırmaq qərarına gəliblər. Maraqlıdı ki, bu artım cari mövsümdəkindən (2442) iki dəfədən də çox olacaq. Futbolçular üçün gələn mövsüm 5000 test planlaşdırılır. Buna isə 2 milyon funt-sterlinq xərclənəcək. Assosiasiya Antidopinq Agentliyi açmaq fikrindədi.

 

Qeyd edək ki, bu yaxınlarda İngiltərədə 13 futbolçuda dopinq aşkarlanmışdı.