Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə ilk fasilə yaranıb. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunlarına qədər olan dövrdə elita klubları 3 tur çıxış edib.
Arxada qalan 3 turun 12 qarşılaşması məhsuldarlığı ilə diqqət çəkib. Yalnız bir görüşün qolsuz bitdiyi müddətdə qapılara 27 top vurulub.
2,25-ə bərabər olan orta məhsuldarlıq çox da yüksək sayılmasa da, çempionatımız üçün müsbət göstəricidi. Ən azı son 4 mövsüm üçün mütləq rekord məhz indiki nəticədi. Çünki əvvəlki 3 çempionatda belə start yaşanmamışdı.
Düzdü, 2011-13-cü illərə təsadüf edən üç start çox məhsuldar olub. Hətta 2013/14 mövsümünün ilk üç turunda orta hesabla 2,87 qol vurulub. Həmin göstərici son 12 il üçün mütləq rekorddu.
Amma həmin məhsuldarlıqdan sonra aşağı düşən qol sayında yalnız bu il artım müşahidə olunub.
Ümumiyyətlə, futbolumuzun dirçəliş vaxtı sayılan 2004-cü ildən sonrakı dövrə nəzər salsaq, 2005/06 mövsümü az qala fantastik startla diqqət çəkib. Həmin vaxt orta məhsuldarlıq 3-dən yüksək olub.
Bu müddətdəki 14 mövsümün startı arasında ən aşağı göstərici iki il əvvəl yaşanıb – 1,67. Cari mövsüm isə bu 14 il üçün 8-ci nəticəyə malikdi.
Qeyd edək ki, iştirakçı komandaların sayı tez-tez dəyişdiyindən və təxirə salmalar üzündən ilk 3 turdakı oyun sayında fərqlər diqqət çəkir.
|
mövsüm |
oyun |
qol |
orta məhsuldarlıq |
|
2004/05 |
22 |
59 |
2,68 |
|
2005/06 |
21 |
65 |
3,10 |
|
2006/07 |
16 |
37 |
2,31 |
|
2007/08 |
19 |
50 |
2,63 |
|
2008/09 |
19 |
42 |
2,21 |
|
2009/10 |
14 |
24 |
1,71 |
|
2010/11 |
17 |
37 |
2,18 |
|
2011/12 |
16 |
39 |
2,44 |
|
2012/13 |
17 |
41 |
2,41 |
|
2013/14 |
15 |
43 |
2,87 |
|
2014/15 |
11 |
24 |
2,18 |
|
2015/16 |
15 |
25 |
1,67 |
|
2016/17 |
11 |
22 |
2,00 |
|
2017/18 |
12 |
27 |
2,25 |