İngiltərənin yüksək tirajlı “Daily Mail” qəzeti ABŞ-ın “Monreal İmpakt” klubunun hücumçusu Didye Droqba ilə bağlı maraqlı iddia ilə çıxış edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qəzet Fil Dişi Sahili millisinin əfsanəvi futbolçusunu fırıldaqçılıqda ittiham edib.
İddiaya görə, Droqbanın ölkəsində bir xəstəxana açmaq və ehtiyacı olan uşaqlara təhsil vermək üçün başlatdığı kampaniya sayəsində yardım vəqfində 1,7 milyon funt-sterlinq pul yığılıb. Bu kampaniyaya İngiltərə Kral ailəsi, həmçinin tanınmış idmançılar Frank Lampard, Con Terri, Pele, Roje Federer və Bono da qatılaraq, pul yatırıblar. Ancaq qəzet yığılan bu pulun cəmi 14 mininin kömək məqsədi ilə xərcləndiyini yazıb.
Droqbanın sözünü verdiyi xəstəxana hələlik yalnız 4 divardan ibarət olan bir binadı və onun içində təmir işləri getmir. Toplanan pulun böyük hissəsi isə hələ də futbolçunun hesabındadı.
Amma sabiq “Çelsi”li də boş dayanmaq fikrində deyil. Belə ki, 38 yaşlı forvard qəzeti məhkəməyə verməyə hazırlaşır. O, məlumatların əsassız olduğunu bildirərək, “Daily Mail”i Afrikanın inkişafına qarşı kompaniya yürütməkdə və ordakı ac uşaqların həyatını təhlükəyə atmaqda günahlandırıb.
- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı