[b]Braziliya biabırçılığın cəzasını verdi[/b]
14.06.2016 - 22:41
Amerika kubokunda biabırçı nəticə göstərən və qrupdan çıxa bilməyən Braziliya millisində baş məşqçi Dunqa tutduğu postdan qovulub. Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiyanın saytından xəbər yayılıb.
Bildirilib ki, Dunqa ilə birlikdə bütün məşqçi heyəti də vəzifəsindən uzaqlaşdırılıb. Artıq yeni mütəxəssis üçün axtarışlara başlanılıb.
Qeyd edək ki, 52 yaşlı məşqçi 2014-cü ildən “pentakampeonlar”a başçılıq edirdi.
0
0