[b]Dünya çempionatının püşkü atıldı[/b]
21.09.2016 - 17:19
[b]Dünya çempionatının püşkü atıldı[/b]

Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçiriləcək mundialın püşkü İsveçrənin Sürix şəhərində atılıb.

 

Yarışa yarımfinaldan başlayacaq favoritlər – “Real” və “Atletiko Nasyonal” potensial rəqiblərini tanıyıb. Avropanın ən güclüsü Asiya və KONKAKAF-ın Çempionlar Liqasını qazananlar arasında duelin qalibi ilə görüşəcək.

 

Qeyd edək ki, Afrika, Asiya və Yaponiyanın yarışdakı təmsilçiləri hələ müəyyənləşməyib.

 

Pley-off

8 dekabr

1. Yaponiya çempionu – “Oklend Siti” (Yeni Zelandiya)

 

1/4 final

11 dekabr

2. Asiya ÇL qalibi – “Amerika” (Mekska)

3. Afrika ÇL qalibi – Pley-offun qalibi

 

5-ci yer uğrunda oyun

14 dekabr

4. 2-ci cütün məğlubu – 3-cü cütün məğlubu

 

1/2 final

14 dekabr

5. “Atletiko Nasyonal” (Kolumbiya) – 3-cü cütün qalibi

15 dekabr

6. 2-ci cütün qalibi – “Real” (İspaniya)

 

3-cü yer uğrunda

18 dekabr

7. 6-cı cütün məğlubu – 5-ci cütün məğlubu

 

Final

18 dekabr

8. 6-cı cütün qalibi – 5-ci cütün qalibi 

0