Əfran İsmayılov Azərbaycan milli komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Çexiya ilə görüşündə (1:2) rəqib qapısına yol tapan yarımmüdafiəçi cari tsikldə qol sayını 3-ə çatdırıb.
Bununla da Əfran dünya çempionatlarının bir seçmə tsiklində ən çox qol vuran azərbaycanlı futbolçu adına yiyələnib. İndiyədək DÇ-lər tarixində heç bir oyunçumuz seçmə mərhələdə 3 qol vurmamışdı.
Ümumiyyətlə isə yığmamızın tarixində 3-cü dəfə bir oyunçu tsikli 3 qolla bitirib. Lakin Qurban Qurbanov AÇ-2004-də, Dmitri Nazarov AÇ-2016-da bunu gerçəkləşdirmişdi. Ümumi rekordu təkrarkayıb, buna nail olan 3-cü futbolçu olan İsmayılov DÇ-lərdə mütləq rekordçumuza çevrilib.
Qeyd edək ki, Əfran ilk iki topunu ötən ay keçirilən San-Marino ilə qarşılaşmada vurmuşdu.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO