[b]Eddi İsrafilov: 45 dəqiqə, sarı vərəqə[/b]
21.09.2016 - 15:51
[b]Eddi İsrafilov: 45 dəqiqə, sarı vərəqə[/b]

Millimizin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Kadiz” İspaniya Sequndasında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, adıçəkilən komanda VI tur çərçivəsində “Numansiya”nı qəbul edib.

 

Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Meydana start heyətində çıxan Eddi 46-cı dəqiqədə Qarrido ilə əvəzlənib. O, oyunda olduğu müddətdə hesab açılmayıb.

 

İsrafilov əvəzlənənə qədər sarı vərəqə ilə cəzalandırılıb.