[b]Eddi İsrafilov oynadı, komandası məğlubiyyətdən qaça bilmədi[/b]
26.11.2016 - 10:24
Millimizin üzvü Eddi İsrafilovun komandası “Kadis” növbəti görüşünü keçirib. Apasport.az saytı xəbər verir ki, komanda İspaniya Sequndasının XVI turu çərçivəsində “Ximnastik”in qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb – 1:0. “Ximnastik” qələbə qolunu 65-ci dəqiqədə Uçe ilə vurub.
Start heyətində yer almayan İsrafilov meydana 74-cü dəqiqədə çıxıb.
0
0