[b]Eddi İsrafilov oynadı, komandası növbəti mərhələyə adladı[/b]
08.09.2016 - 09:37
[b]Eddi İsrafilov oynadı, komandası növbəti mərhələyə adladı[/b]

Millimizin futbolçusu Eddi İsrafilovun komandası “Kadiz” İspaniya kubokunda növbəti mərhələyə adlayıb. Apasport.az saytı xəbər verir ki, 1/32 final mərhələsi çərçivəsində əndəluslular “Levante” ilə üz-üzə gəliblər.

 

Görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Əlavə vaxtda hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə İsrafilovun komandası daha dəqiq oynayaraq (3:2), adını növbəti mərhələyə yazdırıb.

 

Start heyətində yer almayan yığmamızın üzvünə 73-cü dəqiqədə şans verilib.