[b]Eddi İsrafilovun komandasından La Liqaya doğru ilk addım[/b]
10.06.2016 - 00:09
[b]Eddi İsrafilovun komandasından La Liqaya doğru ilk addım[/b]

İspaniyada La Liqaya yüksəlmək uğrunda Sequnda komandaları arasındakı pley-off oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kordoba” ilk matçı öz meydanında keçirib.

 

“Jirona” ilə matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

 

Eddi bu oyunda iştirak ərizəsində yer alsa da, meydana çıxa bilməyib.

 

Digər matçda isə “Osasuna” “Ximnastik”ə qalib gəlib – 3:1.