[b]Eden Azar “Real”la anlaşdı[/b]
17.03.2016 - 18:47
[b]Eden Azar “Real”la anlaşdı[/b]

Eden Azar karyerasını “Real”da davam etdirməkdə israrlıdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Çelsi”nin yarımmüdafiəçisi bu baxımdan danışıqlara da başlayıb.

 

Hətta belçikalı ulduz futbolçunun “kral klubu” ilə ilkin razılıq əldə etdiyi də bildirilib. Məlumatda qeyd edilib ki, madridlilər Azarın özü ilə hərtərəfli anlaşıblar. İndi qalır “Çelsi”ni bu keçidə razı salmaq. London klubu oyunçusunun transfer qiymətinin 100 milyon avro olduğunu bəyan edib. “Real” rəhbərliyi də bu məbləği aşağı salmaq üçün qarşı tərəflə danışıqlara başlayıb.

 

Qeyd edək ki, Eden Azar 2012-ci ildən “Çelsi”nin formasını geyinir.