[b]Eden Azarı qabaqladı, ən yaxşı seçildi - FOTO[/b]
09.02.2017 - 11:01
[b]Eden Azarı qabaqladı, ən yaxşı seçildi - FOTO[/b]

Belçikanın 2016-cı ildə ən güclü legioner futbolçusunun adı açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne bu baxımdan hamıdan öndə olub.

 

Ən çox səs toplayan 25 yaşlı oyunçu Belçikanın ölkə xaricindəki ən güclü nümayəndəsi seçilib. Ardıcıl ikinci dəfə bu ada layiq görülən de Bruyne “Çelsi”nin hücumçusu Eden Azar və “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karraskonu qabaqlayıb.

 

Qeyd edək ki, Kevin de Bruyne “Mançester Siti”yə 2015-ci ildə “Volfsburq”dan keçib.