[b]Əfsanəvi futbolçu 9-cu dəfə ata oldu[/b]
09.07.2017 - 22:05
Braziliya millisinin və “Real”ın keçmiş futbolçusu Roberto Karlos növbəti dəfə ata olub. Apasport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri xəbər yayıb.
Bildirilib ki, bu həftəsonu 44 yaşlı braziliyalının qız övladı dünyaya gəlib. Karlosun Mariana Lukondan olan uşağın adını Marina qoyublar.
Bu, Lukon və Robertonun ikinci övladı olsa da, ümumilikdə braziliyalı keçmiş müdafiəşinin 9-cu uşağıdır.
Onun ilk xanımından 3, digər xanımılardan isə 4 övladı daha var.
0
0