[b]Eks “Qəbələ”li keçmiş klubuna qayıtdı[/b]
15.07.2017 - 19:11
“Qəbələ”nin keçmiş oyunçusu Aleksey Antonov karyerasını yenidən Ukraynada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, hücumçu “Çernomorets”lə anlaşıb.
Bu barədə klub açıqlama yayıb. Tərəflər arasındakı müqavilənin detalları haqqında məlumat verilməyib.
Qeyd edək ki, 2015/16 mövsümündə ölkəmizdə çıxış etmiş Ukrayna millisinin keçmiş hücumçusu bundan iki mövsüm öncə “Çernomorets”də oynayıb.
0
0